Almaniya və Argentina milliləri arasında keçiriləcək dünya çempionatının finalı Braziliya tarixinlə ən yüksək səviyyədə mühafizə edilən hadisə olacaq. Apasport.az saytının məlumatına görə, matçda 25 min polis və əsgər olacaq.
Rio-de-Janeyro ştatının təhlükəsizlik katibi Xose Mariano Beltrana final matçı zaman şəhərdə və ümumiyyətlə Braziliyada ən böyük xüsusi əməliyyat tədbirləri görüləcəyini bildirib: “Biz əmin olmalıyıq ki, dünya çempionatının digər matçları kimi final oyunu da heç bir hadisə olmadan baş tutacaq. Mən gözlənilməz hadisə ilə qarşılaşmaqdansa, daha çox əsgər və polisin olmasına üstünlük verirəm”.