“Apasport.az” “Neftçi”nin idman direktoru Güloğlan Cabbarovun fəal iştirak etdiyi davanın görüntülərini əldə edib. Videoda Cabbarovun “Xəzər Lənkəran”ın futbolçuları Radomir Todorov və Kamran Abdullazadəyə yumruq, eləcə də “Neftçi”nin vitse-kapitanı Mahir Şükürovun rəqib komandadan Elnur Allahverdiyevə təpik atdığı aydın görünür. Eksklüziv görüntüləri təqdim edirik.