“Futbol matçlarını daha çox gənclər şərh edir. İnsafən pis də şərh etmirlər. Mənim işim də çox olur. Buna görə, futbol matçlarını şərh etməyə vaxtım olmur”. Bu sözləri Lent.az-a açıqlamasında AzTV-nin məşhur şərhçisi Fikrət Adıgözəlli deyib.
F.Adıgözəlli başqa idman növlərinin də şərhə ehtiyacı olduğunu bildirib: “Bildiyiniz kimi, vaxtilə çox futbol matçları şərh etmişəm. Ancaq idman təkcə futboldan ibarət deyil. Hazırda voleybol, güləş, atçılıq, cüdo və digər idman oyunlarını şərh edirəm. Bu da lazımdı. Həm də televiziyada gənc futbol şərhçilərimiz çoxdur. Ümumi səviyyələri də pis deyil, yaxşıdı”.