FİFA Rusiyanın Krımla bağlı etirazını qəbul etdi
16 mart 2016 00:41 (UTC +04:00)

FİFA Rusiyanın Krımla bağlı etirazını qəbul etdi

FİFA üzərində Rusiya Federasiyasının Krım yarmadası olmayan xəritəsi əks olunan köynəklərin satışını dayandıracağını bəyan edib. Apasport.az saytının məlumatına görə, bu barədə qərar rusların etirazından sonra qəbul edilib.

 

“Xəritə ilə bağlı anlaşmazlığı aradan qaldırmaq üçün qeyd olunan köynəkləri satışdan çıxarmağa qərar verdik” – deyə qurumun mətbuat xidməti açıqlama verib.

 

Rusiya dövlət dumasının deputatları FİFA-ya müraciət edərək rəsmi suvenirlər üzərində ölkənin xəritəsinin düzgün yerləşdirilməsini tələb etmişdi.

 

Qeyd edək ki, bu cür köynəklər və suvenirlər şimal qonşumuzun təşkil edəcəyi DÇ-2018 üçün istehsal edilib və satışa çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Oxşar yazılar