FİFA Rusiya yığmasını 2014-cü il dünya çempionatından kənarlaşdırmaqdan imtina edib. Lent.az-ın məlumatına görə, bu barədə qurumun baş katibi ABŞ senatorlarına məktub ünvanlayıb.
Məktubda bildirilib ki, FİFA-nın qayda və normaları futbol strukturu piramidasına aid olmayan şəxslərə şamil edilmir. Valke milli komandaların öz ölkələrinin rəhbərlərinin hərəkətinə görə məsuliyyət daşımalı olmadıqlarını vurğulayıb.
Qeyd edək ki, ABŞ senatorları təkcə Rusiya yığmasının mundialdan kənarlaşdırılmasını yox, 2018-ci il dünya çempionatına şimal qonşularımızın təşkilatçılıq etməməsini istəyirdilər.