FİFA-nın mənzil-qərargahında qurumun başçısı Canni İnfantinonun klublararası dünya çempionatında iştirakçı sayının artırılmasına dair təklifi müzakirəyə çıxarılıb.
APA-nın məluamtına görə, bu barədə “L'Equipe” xəbər verib.
FİFA prezidenti turnirdə iştirakçıların sayınının 7-dən 24-dək artırılması və çempionatın dörd ildən bir keçirilməsini təklif edib. İnfantinonun təklifi FİFA rəsmiləri və UEFA nümayəndələri tərəfindən yekdilliklə qəbul edilməyib.
Qeyd edək ki, hazırkı formatda klublararası dünya çempionatı 2005-ci ildən etibarən hər il keçirilir. Birləşmiş Ərəb Əmirliklərində baş tutan turnirin son qalibi final matçında Braziliyanın “Qremio” klubunu məğlub edən Madridin “Real” klubu olub.