FİFA Neymara görə “Barselona”ya 238 min avro ödəyəcək
10 iyul 2014 04:55 (UTC +04:00)

FİFA Neymara görə “Barselona”ya 238 min avro ödəyəcək

Futbol üzrə Braziliya millisi və İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar Kolumbiya yığması ilə oyunda zədələnərək, dünya çempionatının yarım final oyununu oynamaqdan məhrum olub.

 

Lent.az-ın  xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ondan ötrü  FİFA “Barselona”  klubuna 238 min avro ödəyəcək.

 

“Frans Press” İspaniya mediasına istinadla xəbər verir ki, FİFA ilə klublar arasında razılığa əsasən, oyunçu yığmada zədə alarsa və 4 həftə oynaya bilməzsə,  28-ci gündən başlayaraq FİFA kluba cərimə ödəməyə başlayır. Cərimənin miqdarını oyunçunun maaşı müəyyən edir.

 

Neymarın maaşı ildə 5 milyon 100 min avrodur.

 

Ona görə FİFA hər gün “Barselona”ya 13 min 972 avro ödəyəcək.

 

Futbol üzrə Dünya Kubokunda Kolumbiya ilə oyunda Neymarın onurğa sütunu zədələnib. Həkimlər onun müalicəsinin 45 gün çəkəcəyini deyiblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1577

Oxşar yazılar