FİFA məhkəməyə verildi
29 iyun 2015 02:46 (UTC +04:00)

FİFA məhkəməyə verildi

0

İspaniyanın peşəkar futbol liqası (LFP) FİFA-nı məhkəməyə verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, səbəb kimi 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatının noyabr-dekabr aylarına keçirilməsi göstərilir.

 

“Biz bunu milli yığma komandalara oyunçuları göndərən klubların maraqlarının müdafiəsi üçün  etmişik. Dünya çempionatının payız-qış aylarına təsadüf etməsi futbol klublarına 65 milyon avro zərər yetirəcək”, deyə LFP-nin prezidenti Xavyer Tebas bildirib.

 

Onun sözlərinə görə, digər futbol liqaları  LFP-yə dəstək versələr də, hansı bir sənədə imza atmaqdan çəkiniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar