Dortmund “Borussiya”sı yeni transferi Ceydon Sançonun xidmətindən yararlanmaq imkanı qazanıb. Apasport.az saytının məlumatına görə, FİFA 17 yaşlı futbolçunun Almaniya klubunda oynamasına icazə verib.
“Mançester Siti”dən “Borussiya”ya keçən yarımmüdafiəçi 7 nömrəli forma ilə çıxış edəcək.
Məsələ ondadı ki, FİFA 18 yaşı olmayan oyunçuların keçidinə nəzarət edir. Qurumun icazəsi olmadan həmin futbolçular yeni klubuna çıxış edə bilməz. Yalnız FİFA-nın zəruri məsələləri yoxlamasından sonra klubu gənc oyunçudan yararlanmaq imkanı qazanır.