Avropanın bir neçə futbol məmuru Braziliyanın San-Paul şəhərində FİFA-nın prezidenti Yozef Blatterlə görüşüb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar prezidentdən istefa verməsini istəyiblər.
Hollandiya Futbol Assosiasiyasının başçısı Mixael van - Praaq bildirib ki, Blatterin rəhbərliyi altında FİFA korrupsiyalaşan bir təşkilat adını qazanıb: “Təşkilatın nüfuzunu qaytarmaq üçün o, istefa verməlidir”.
Mənbənin məlumatına əsasən, Blatter 2015-ci ildə keçiriləcək prezident seçkisində namizədliyi ilə bağlı məsələyə yaxın zamanda aydınlıq gətirəcək.