<b>Deputatın "qardaşı qızı"na <span style="color:red;">AĞIR CƏZA </b>
05 oktyabr 2016 12:25 (UTC +04:00)

Deputatın "qardaşı qızı"na AĞIR CƏZA

Bu gün dələduzluqda təqsirləndirilən Nigar Əhmədovanın məhkəməsi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə N.Əhmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, o, Rüfət Əliyev adlı şəxsə deputatın qardaşı qızı olduğunu bildirərək, onu "Kapital Bank"a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib. N.Əhmədova bunun müqabilində həmin şəxsdən 32 500 ABŞ dollar pulunu alıb.

 

N.Əhmədova deputat Vahid Əhmədovun qardaşı qızı olduğunu bildirib. V. Əhmədov isə bir müddət əvvəl mətbuata açıqlamasında onun qardaşı qızı olmadığını bildirmişdi.

Xatırladaq ki, N.Əhmədova keçmiş məhkum olub. O, 2009-cu ildə məhkumluq həyatı yaşayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Oxşar yazılar