FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının iştirakçılarına rekord məbləğdə mükafat ödəyəcək. Lent.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, mundiala qatılacaq 32 ölkəyə ümumilikdə 582 milyon dollar paylanacaq.
Məbləğin 50 milyonu qalibə çatacaq. Halbuki 2014-cü il dünya çempionatında iştirakçı ölkələr 476 milyon, qalib 35 milyon dollar qazanacaq. FİFA bayrağı altında keçirilən yarışlarda oyunçusu zədələnən kluba isə kompensasiya məbləği 100 milyon dollardan 120 milyon dollara yüksələcək.