FİDE-nin erməni fəxri vitse-prezidenti nəyə görə Bakıya gəlmədi?
03 may 2013 17:46 (UTC +04:00)

FİDE-nin erməni fəxri vitse-prezidenti nəyə görə Bakıya gəlmədi?

Mayın 5-də Bakıda FİDE (Beynəlxalq Şahmat Federasiyası) Prezident Şurasının növbəti iclası işə başlayacaq. Lent.az-ın məlumatına görə, iki gün davam edəcək toplantıda FİDE prezidenti Kirsan İllümjinov başda olmaqla, Şuranın 20 üzvünün iştirakı gözlənilir.

 

Əvəzində 7 üzv ölkəmizə toplantıya qatılmayacaq. Onların arasında FİDE-nin fəxri vitse-prezidenti Vanik Zakaryan da var. Ali qurumun rəsmi saytında ermənistanlı şahmat rəsmisinin üzrlü səbəbdən gələ bilməyəcəyi göstərilib. Eyni səbəbdən, kişi və qadınlar arasında hazırkı dünya çempionları Vişvanatan Anandla Anna Uşenina da tədbirdən kənarda qalacaq. Daha 4 nəfər isə FİDE-nin vitse-prezidenti İlya Levitov, beynəlxalq auditor Qrem Boksal, icraçı direktor Coffri Borq və xüsusi layihələrə məsul şəxs Devid Jarretdir.

 

Qeyd edək ki, Prezident Şurasında son 3 ayda görülmüş işlərlə yanaşı, bir sıra mühüm turnirlər, o cümlədən, dünya şahmat tacı uğrunda görüş, növbəti İddiaçılar Turniri, 2015-ci ildə Bakıda keçiriləcək Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası ilə bağlı müzakirələr aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar