Beynəlxalq basketbol qurumu – FİBA bəzi müsabiqələrdə qadınların başlarını örtməyinə icazə verib. Lent.az-ın “Əl-cəzirə”-yə istinadən verdiyi xəbərə görə, bu qərar iki il müddətində test ediləcək.
FİBA idarə heyəti İspaniyada kişilər arasında keçirilən dünya çempionatından sonra toplanaraq bu haqda qərar qəbul edib.
Əvvəlki qaydalara görə, qadınlara ancaq beş santimetrlik sarğı taxmağa icazə verilirdi.