FHN-nin İdman-sağlamlıq klubunun gəncləri arasında çempionat keçirilib
29 noyabr 2016 16:05 (UTC +04:00)

FHN-nin İdman-sağlamlıq klubunun gəncləri arasında çempionat keçirilib

 

Sərhədçi Olimpiya Mərkəzində Milli Karate Federasiyasının yeniyetmələr və gənclər arasında 17-ci Respublika birinciliyi, böyüklər arasında isə 24-cü Respublika çempionatı keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin ( FHN ) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çempionata 41 komanda və bu komandalardan 430 idmançı qatılıb.

 

FHN-nin İdman-sağlamlıq klubunu gənclərdən ibarət çempionatda 61 kq çəki dərəcəsində təmsil edən Nağıyev İlyas 3-cü yer, kişilər və qadınlar arasında 60 kq çəki dərəcəsində Ələkbərli Tural 2-ci yer, 68 kq çəki dərəcəsində Rəfiyev Aytən 2-ci yerə layiq görülüblər.

 

FHN-nin idmançılarının məşqçisi Sadıqov Coşqun olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar