FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
0
0
Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun əməkdaşı, yüngül atlet Zəkiyyə Həsənova daha bir mötəbər beynəlxalq yarışdan medalla dönüb.
Lent.az-a nazirlikdən bildirilib ki, Zəkiyyə Həsənova növbəti uğuruna avqustun 10-11-də Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında imza
atıb. 13 ölkənin təmsil olunduğu çempionatın birinci günü idmançımız 100 metr məsafəyə qaçışda 11,94 saniyə, 4x100 m məsafəyə
estafet qaçışında isə 46,92 saniyə nəticə ilə, yarışların ikinci günü isə 200 metr məsafəyə qaçışda 24,52 saniyə nəticə ilə bürünc medal qazanıb.
0
0