Futbol üzrə 2014-cü il dünya çempionatının növbəti seçmə oyunları keçirilib. Lent.az-ın məlumatına görə, ötən gün Avropa zonasında 3 görüş olub.
B qrupunda yer alan Ermənistan millisi sensasiyaya imza atıb. Baş məşqçi Vardan Minasyanın komandası səfərdə Danimarkanı darmadağın edib – 4:0. Hesab artıq 1-ci dəqiqədə açılıb. Bakıda doğulmuş Yura Movsisyan fərqlənib. Türkiyədə anadan olmuş Araz Özbilis 19-cu dəqiqədə fərqi artırıb. Movsisyan 59-cu dəqiqədə “dubl” edib. Oyunda son nöqtəni isə 82-ci dəqiqədə Henrik Mxitaryan qoyub. Qrupda 2-ci qələbədən sonra xallarını 6-ya çatdıran Ermənistan yığması eyni xala malik Danimarkanı keçərək, 4-cü pilləyə qalxıb.
Digər oyunlara gəldikdə, C qrupunda İsveç Farer adalarını Zlatan İbrahimoviçin 35-ci və 82-ci dəqiqədə (penalti ilə) vurduğu qollarla yenib – 2:0. Skandinaviya təmsilçisi 11 xalla 3-cü pilləyə qalxıb. Heç bir xalı olmayan “cırtdanlar” isə 6 komandalı qrupda son pillədə qalıb.
İ qrupunda isə Belarus evdə Finlandiyaya məğlubiyyətdən qurtula bilib. 24-cü dəqiqədə Teemu Pukki hesabı açıb. 85-ci dəqiqədə Dmitri Verxovtsov bərabərlik qolunu vurub – 1:1. Hazırda 4 oyundan 5 xalı olan Finlandiya 5 komandalı qrupda 3-cü, cəmi 3 xala malik Belarus isə sonuncu pillədədir. HaHazır