Ermənistan klubunun oyunçusu Bakıya gəlir
03 iyun 2013 11:27 (UTC +04:00)

Ermənistan klubunun oyunçusu Bakıya gəlir

Makedoniyanın 21 yaşadək futbol komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Boban Babunski millimizlə seçmə mərhələ oyunu üçün 22 futbolçuya dəvət göndərib.

Maraqlıdır ki, Bakıya gələcək futbolçular arasında hazırda bədnam qonşumuz Ermənistanda çıxış edən futbolçu da var. Bu, İmpuls”un hücumçusu Filip Timovdur. Ümumiyyətlə, ölkəmizə gələcək 22 futbolçudan 10-u legioner həyatı yaşayır.

Qapıçılar: Stole Dimitriyevski (“Qranada”nın B komandası, İspaniya), Andreya Yefremov (Metallurq);

Müdafiəçilər: Hristiyan Draqarski, Tome Kitanovski (hər ikisi “Pelister”), Stoyan Stoyçevski (Skopye), Yezqyan Alioski (“Şaffhauzen”, İsveçrə), Boyan Qorqiyevski (Metallurq), Ersen Asani (Renova), Aleksandar Damçevski (“Lutsern”in II komandası, İsveçrə), Mevlan Adili (Sloqa Yuqomaqnat);

Yarımmüdafiəçilər: Stefan Ristovski (“Bari”, İtaliya), Stefan Aşkovski (“Partizan”, Serbiya), Darko Mitsevski (Teteks), Filip Naydovski (Napredok), Mite Tsikarski (Vardar), Qentyan Zuta (“Tun”un II komandası, İsveçrə), Leonard Zuta (“Hekken”, İsveç);

Hücumçular: Aleksandar Traykovski (“Zulte-Vareqem”, Belçika), Filip Timov (“İmpuls”, Ermənistan), Marko Simonovski, Maryan Radeski (hər ikisi “Metallurq”), Fahrudin Curceviç (“Zvezda” Qradaçats, Bosniya və Herseqovina).

Qeyd edək ki, U-21-in Makedoniya ilə oyunu iyunun 8-də keçiriləcək. Saat 18:00-da başlayacaq qarşılaşma “Dalğa Arena”da baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1252
avatar

Oxşar yazılar