Ermənilər çirkin əməllərini futbolda da davam etdirirlər.
Lent.az-ın məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan – Serbiya oyunu zamanı bədnam qonşularımız mənfur əməllərinə “sadiq qalıblar”. Belə ki, meydançanın kənarındakı reklam bannerlərinin sırasında Azərbaycanın Neft Şirkəti SOCAR-ın da banneri yerləşdirilməli olduğu halda, bu baş verməyib. Ermənilər SOCAR-ın bannerinin əvəzinə meydançanın kənarında özlərinə aid reklam banneri yerləşdiriblər.