Əmrə Mor yenə komandadan uzaqlaşdırıldı
"Selta"nın futbolçusu Əmrə Mor yenə komandadan uzaqlaşdırıb.
Qol.az-ın xəbərinə görə, komandanın baş məşqçisi Xuan Karlos Unsue bu mövsüm ikinci dəfə gənc yarımmüdafiəçiyə bu cəzanı verib.
Buna Əmrənin intizamsızlığı səbəb olub. Türkiyə millisinin üzvü məşq zamanı məşqçinin tapşırıqlarını yerinə yetirməyib və epizodların birində komanda yoldaşına qarşı çox sərt oynayıb. Bu səbəbdən də Xuan Karlos türkiyəli futbolçunu əsas komandadan qovub.
20 yaşlı futbolçu bir müddət öncə yatıb qalaraq məşqə gec gəlmişdi. Mütəxəssis onu əsas komandadan uzaqlaşdırsa da, futbolçunun üzr istəməsindən sonra heyətə qaytarmışdı.
Qeyd edək ki, Əmrə Mor bu mövsüm La Liqada 23 oyuna 1 qol vurub, 3 qol ötürməsi edib.
292