İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Əmrə Can azad agent statusunda "Yuventus"a (İtaliya) keçməyə yaxındır.
Lent.az-ın “Report”a istinadən xəbərinə görə, 24 yaşlı futbolçu artıq Turin klubu rəhbərliyi ilə müqavilənin şərtlərini razılaşdırıb.
Bu barədə italiyalı jurnalist Canluka Di Marsionun saytı məlumat yayıb.