Apasport.az saytının məlumatına görə, bunu BBC-yə açıqlamasında “Fənərbaxça”nın nigeriyalı hücumçusu Emmanuel Emenike deyib.
Rizə - Trabzon yolunda baş verən hücumun detallarından bəhs edən futbolçu, hadisə zamanı telefonda qardaşı ilə danışdığını bildirib: “Əvvəlcə elə sandım ki, avtobusun təkəri partlayıb. Ancaq sürücünün silahla vurulduğunu dərk edəndə, hamımız qorxuya düşdük. Həmin an təhlükəsizlik xidmətinin rəhbəri cəsarətli addım atdı. Əyləcə toxundu və avtobusun dərəyə yuvarlanmasının qarşısı alındı”.
Xatırladaq ki, aprelin 4-də axşam “Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “Fənərbaxça”nın avtobusu Trabzon vilayəti ərazisində atəşə tutulub. Naməlum şəxs ov tüfəngindən avtobusun sürücüsünə atəş açaraq qaçıb. Nəticədə sürücü yaralanıb.