Dünyanın ən dəyərli 100 klubu - SİYAHI
24 noyabr 2015 19:32 (UTC +04:00)

Dünyanın ən dəyərli 100 klubu - SİYAHI

Dünyanın ən dəyərli 100 klubunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Top-100”də Azərbaycanın heç bir komandası yer almayıb.

 

Beynəlxalq marka dəyərləndirmə şirkəti olan “Brand Finance” 2015-ci il üçün səhmlərinin qiyməti ən yüksək olan komandaların sıralamasında “Mançester Yunayted”i zirvədə göstərib. Ötən illə müqayisədə iki pillə irəliləyən “qırmızı şeytanlar”ın bazar qiyməti, nə az, nə çox, düz 1 milyard 206 milyon dollardı. Siyahıda ikinci yeri “Bavariya” tutursa, Madrid “Real”ı ilk “üçlüy”ü qapayır.

 

Ümumi götürdükdə ən bahalı klublar İngiltərə Premyer Liqa təmsilçiləridi. Çünki ilk “10-luq”da düz 6 ingilis klubu yer alır.

 

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Tottenhem” dünyanın ən dəyərli 10-cu komandasıdı. London klubunun səhmlərinin qiyməti 360 milyon dollardı. Ağdam klubunun digər rəqiblərindən “Monako” (202 milyon) 17-ci, “Anderlext” isə 65 milyon 750 min avro ilə 77-ci yerdə qərarlaşır.

 

Avropa Liqasının qrup mərhələsində iştirak edən digər təmsilçimiz “Qəbələ”nin isə iki rəqibi “100-lüy”ə düşüb. 12-ci olan Dortmund “Borussiya”sının səhmlərinin dəyəri 326 milyon dollardı. “Krasnodar” isə 60 milyon 150 min dollarla 85-ci sırada göstərilir.

 

Türkiyədə ən yüksək pilləni “Qalatasaray” tutur. 19-cu olan komandanın marka dəyəri 177 milyondu. İlk “yüzlüy”ə düşən digər türk klublarından “Fənərbaxça” (120 milyon) 35-ci, “Beşiktaş” (103 milyon 350 min) 46-cı, “Trabzonspor” (67 milyon 350 min) 73-cü, “Bursaspor” isə (57 milyon 525 min) 87-ci pillədə qərarlaşır.

 

2015-ci ilin ən dəyərli 20 klubunun sıralaması belədi:

1. “Mançester Yunayted”: 1 milyard 206 milyon dollar
2. “Bavariya”: 933 milyon

3. “Real”: 873 milyon

4. “Mançester Siti”: 800 milyon

5. “Çelsi”: 795 milyon

6. “Barselona”: 773 milyon

7. “Arsenal”: 703 milyon

8. “Liverpul”: 577 milyon

9. PSJ: 541 milyon

10. “Tottenhem”: 360 milyon

11. “Yuventus”: 350 milyon

12. “Borussiya” (Dortmund): 326 milyon

13. “Şalke”: 302 milyon

14. “Milan”: 244 milyon

15. “Everton”: 228 milyon

16. “Vest Hem”: 209 milyon

17. “Monako”: 202 milyon

18. “Sauthempton”: 183 milyon

20. “İnter”: 160 milyon

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381
avatar

Oxşar yazılar