Dünya üçüncüsü olan güləşçilərimiz Vətənə qayıtdılar
15 aprel 2015 06:43 (UTC +04:00)

Dünya üçüncüsü olan güləşçilərimiz Vətənə qayıtdılar

ABŞ-ın Los Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb. APA nın məlumatına görə, ötən gecə dünya üçüncüsü olan güləşçilərimiz Vətənə qayıdıblar. Onları Heydər Əliyev hava limanında Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və yaxınları qarşılayıblar.

 

Hava limanında jurnalistlərə açıqlama verən sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov yarışların çətin keçməsinə baxmayaraq komandanın nailiyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, yığma komandanın hədəfi ilk üçlükdə yer almaq olub və buna da idmançılarımız sayəsində nail olublar. Firdovsi Umudov  yığma komandanın səhvləri  barədə də danışıb.

 

Məlumat üçün qeyd edək ki, Los-Anceles şəhərində keçirilən sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışlarında  Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar