Dünya çempionu Bakıdakı Dünya Kubokundan danışdı
22 iyun 2013 18:11 (UTC +04:00)

Dünya çempionu Bakıdakı Dünya Kubokundan danışdı

“Çox yaxşı haldır ki, idman dırmanması növü yeni-yeni ölkələrdə inkişaf edir”. Bunu Lent.az-a açıqlamasında idman dırmanması üzrə son dünya çempionu Yuliya Levoçkina deyib.

 

Rusiyalı idmançı Bakıda ilk dəfə keçirilən Dünya Kubokunun təşkilatçılığını yüksək qiymətləndirib. O, yarış zamanı mədəni proqramın təşkilini də müsbət hal kimi dəyərləndirib. Levoçkina turnirin mənzərəli yerdə - Xəzər dənizi sahilində keçirilməsinin idmançıların istirahətinə əlverişli şərait yaradacağını əlavə edib.

Rusiyalı idmançı ötən il Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatı ilə müqayisədə Bakıdakı Dünya Kubokunda yarış vaxtı qidalanmanın olmasını xüsusi qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620
avatar

Oxşar yazılar