Dünya çempionatının ulduzunun futbolkası ən bahalı atribut oldu
03 avqust 2014 14:28 (UTC +04:00)

Dünya çempionatının ulduzunun futbolkası ən bahalı atribut oldu

0

“Real Madrid” klubunun yeni transferi Xames Rodriqesin futbolkası mağazalarda peyda olandan sonra 502 min ədəd satılıb. Apasport.az saytının məlumatına görə, bu, tarixdə ən bahalı atributikadır.

 

“Euromargetind Sport”un məlumatında avqustun 1-nə kimi Rodriqesin adı olan 502 min futbolka satıldığı qeyd edilir: “Bu, 10 gün ərzində futbol atributikasının satılması ilə bağlı ən böyük rəqəmdir”.

 

Futbolkanın 1 ədədi 101 dollara satılır. “Real Madrid” satışdan 50 milyon avro qazanc götürüb.

 

Madrid klubu Rodriqeslə 6 illik müqavilə bağlayıb. Futbolçunun transferi 80 milyon avroya başa gəlib. Kolumbiyalı futbolçu klubda ildə 7 milyon avro qazanacaq.

 

Qeyd edək ki, X.Rodriqes son dünya çempionatının bombardiri olub. O, turnirdə 6 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1431

Oxşar yazılar