Şimali Koreyada dünyanı heyrətləndirən hadisə baş verib. Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bütün diqqətlər Almaniya və Argentina arasında DÇ-2014-ün final oyuna yönəldiyi vaxtda Şimali Koreya KİV-ləri yalan xəbərlər yayaraq komandalarının dünya çempionatında iştirak edərək parlaq qələbə qazandığını yazıb. Halbuki Cənubi Koreyadan fərqli olaraq, Şimali Koreya son dəfə dünya çempionatının final mərhələsində 2014-ü ildə deyil, 2010-cu ildə iştirak edib və bütün oyunlarda məğlub olub.
Diktatura rejimi altında yaşayan və internetə çıxış imkanı qadağan edilən ölkədə bir telekanal belə bir xəbər yayıb ki, komandaları Braziliyada keçirilən dünya çempionatının qrup mərhələsində bütün oyunlarda qalib gəlib. Guya Şimali Koreya millisi qrupda Yaponiyanı 7:0, ABŞ-ı 4:0, Çinə isə 2:0 hesabı ilə məğlub edib və pley-off-a vəsiqə qazanıb. Şimali Koreya KİV-lərı insanları inandırmağa çalışırlar ki, DÇ-2014-ün 1/8 finalında komandaları Portuqaliya ilə qarşılaşacaq.
Şimali Koreya millisinin “tarixi uğuru” ilə bağlı reportajda komandanın cari mundialda “vurduğu” qolların bəziləri nümayiş etdirilir, ölkənin gənc lideri Kim Çen Inın Braziliyadakı oyunları izlədiyinə dair uydurma xəbər verilib.

Dünya belə yalan eşitməmişdi!
Oxşar yazılar

Caka Premyer Liqaya qayıdır: Komanda da məlumdur
23 iyul 2025 , 11:49
Zlatan məşhur döyməsini silmək qərarına gəldi, hətta...
23 iyul 2025 , 09:39
"Barselona" Avropada ən çox qol vuran komandadır
22 iyul 2025 , 19:46
"Liverpul"un əfsanəvi futbolçusu vəfat etdi
22 iyul 2025 , 14:28
İtaliyanın qol kralının bu komandaya transferi hamını TƏƏCCÜBLƏNDİRDİ
22 iyul 2025 , 13:02
PSJ 28 milyonluq futbolçunu 70 milyona alır
22 iyul 2025 , 09:39
“Mançester Yunayted”in müdafiəçisi arvadını ezoterik maraqlarına görə tərk etdi
21 iyul 2025 , 18:11