Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Didye Droqba Fransa məhkəməsinin qərarından şoka düşüb. Lent.az-ın məlumatına görə, Ayaçço Ticarət Məhkəməsi Fil Dişi Sahilindən olan hücumçuya 400 min avro cərimə kəsib.
Səbəb Droqbanın Abican şəhərində ona villa tikən şirkətə borcunu ödəməməsi olub. Üstəlik, futbolçu 2011-ci ildə tikinti sahəsinə girişə imkan vermədiyi üçün 50 min avro cərimələnib.
Droqba qərara etiraz edəcəyini söyləyib. Lakin məhkəmə onun cəriməni dərhal ödəməsini tələb edib.