“Qalatasaray” və Kot-d’İvuarın hücumçusu Didye Droqba Londonun “Çelsi” klubuna qayıdıb.
Lent.az-ın “Lenta.ru”-ya istinadən məlumatına görə, futbolçu ingilislərlə bir illiyə müqavilə bağlayıb.
“Londona qayıtmaq haqda qərarı qəbul etməkdə çətinlik çəkmədim. Mən Joze Mourino ilə yenidən işləmək fürsətini əldən verə bilməzdim. Mənim “Çelsi”yə özəl münasibətim var. Mən burada özümü evdəki kimi hiss edirəm”-deyə, Droqba söyləyib.
Anlaşmanın detalları barədə əlavə məlumat verilməyib.
Xatırladaq ki, 36 yaşlı futbolçu “Çelsi”-nin heyətində 3 dəfə İngiltərə çempionu olub. 4 dəfə ölkə Kubokunu alıb və Çempionlar Liqasının qalibi olub. O, 2004 -2012-ci illərdə bu klubda çıxış edib. Bu müddət ərzində 341 dəfə meydana çıxıb və 157 qol vurub.
Ötən mövsümdə Türkiyə birinciliyində, o, “Qalatasaray”-ın heyətində 37 oyunda 15 qol vurub, ölkənin vitse-çempionu olub.