Afrikalı veteran futbolçu Didiye Droqbanın yenidən Premyer Liqaya qayıtmaq fikri yoxdu. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, bu barədə hücumçu özü açıqlama verib.
Hazırda Amerika Liqasında (MLS) çıxış edən Droqba fasilə müddətini dincəlməklə keçirmək istəyir: “İngiltərə Premyer Liqasından dəvət almaq mənim üçün şərəfdi. Ancaq fasilə müddətində hardasa oynamaqdansa, ailəmlə birlikdə istirahət etməyi üstün tuturam. Dincəldikdən sonra isə yenidən “Monreal”a xidmət edəcəm”.