Dopinqdə “ilişən” atletimiz bəraət ala bilər
08 noyabr 2016 13:49 (UTC +04:00)

Dopinqdə “ilişən” atletimiz bəraət ala bilər

 

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dopinqdə “ilişən” 47 ağırlıqqaldırandan 11-nin analizlərinin yenidən yoxlanılmasını lazım bilib. Apasport.az Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytına istinadən xəbər verir ki, Pekin-2008 və London-2012-dəki iştirak zamanı dopinqdə istifadədə ittiham olunan, lakin yenidən yoxlanılacaq atletlər arasında Azərbaycan millisinin də üzvü var.

 

Bu, 62 kq çəki dərəcəsində mübarizə aparmış Sərdar Həsənovdur. O, Pekin Yay Olimpiya Oyunlarındakı çıxışına görə cəzalanmışdı. Yenidən yoxlanma isə ona bəraət verə bilər.

 

Qeyd edək ki, Həsənovdan başqa, Boyanka Kostova (58 kq), İntiqam Zairov və Nizami Paşayevin (hər ikisi 94) Olimpiadadakı nəticələri ləğv olunmuşdu. Onlardan ilk ikisi Londonda, Paşayev isə Pekində dopinq qəbul edərək podiuma çıxmaqda günahlandırılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar