Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu “Aue”ni tərk edə bilər. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 28 yaşlı futbolçu yeni təklif alıb.
Belə ki, II Bundesliqanın digər təmsilçisi “Darmştadt” onun xidmətində maraqlıdı. Gələn mövsüm yüksək liqaya vəsiqə uğrunda mübarizə aparmaq istəyən “Darmştadt” rəhbərliyinin heyətə cəlb etmək istədiyi oyunçulardan biri də yığmamızın üzvüdü. Lakin onlar bunun üçün ilk növbədə “Aue”ni razı salmalıdı. Çünki Nazarovun kubu ilə 2021-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Dmitri Nazarov “Aue”yə 2016-cı ildə “Karlsrue”dən keçib.