Del Boske: “İspaniyanın turnirdən çıxması qanunauyğundur”
19 iyun 2014 06:23 (UTC +04:00)

Del Boske: “İspaniyanın turnirdən çıxması qanunauyğundur”

İspaniya millisinin baş məşqçisi Visente del Boske komandasının Çiliyə qarşı oyununu şərh edib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis oyunun nəticəsinin qanunauyğun olduğunu bildirib: “Biz belə oyunla turniri tərk etməli idik. Biz xarakter göstərdik, biz irəliyə atıldıq, amma yekun mərhələdə bəxtimiz gətirmədi. Oyunçularım qaçırdılar. Əlbəttə, siz uduzanda, daha böyük həcmdə iş görməlisiniz. Amma bizim turnirdən çıxmağımız qanunauyğundur”.

 

Xatırladaq ki, son dünya çempionları dalbadal ikinci oyunda da məğlub olaraq, növbəti mərhələyə çıxmaq şansını itiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452

Oxşar yazılar