Argentina millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Xorxe Sampaoli ilkin siyahıdan 12 oyunçunu çıxarıb.
Bunlar Nauel Quzman (UNAL), Herman Petsella (“Betis”), Ramiro Funes Mori (“Everton”), Pablo Peres (“Boka Xuniors”), Rikardo Senturion, Lautaro Martines (hər ikisi “Rasinq”), Quido Pizarro (“Sevilya”), Enzo Peres (“River Pleyt”), Rodriqo Battalya (“Sportinq”), Leandro Paredes (“Zenit”), Dieqo Perotti (“Roma”) və Mauro İkardidi (“İnter”). Xüsusən də, son iki futbolçunun yoxluğu diqqət çəkir.
Qapıçılar: Serxio Romero (“Mançester Yunayted”), Villi Kabalyero (“Çelsi”), Franko Armani (“River Pleyt”);
Müdafiəçilər: Qabriel Merkado (“Sevilya”), Federiko Fazio (“Roma”), Nikolas Otamendi (“Mançester Siti”), Kristian Ansaldi (“Torino”), Markos Roxo (“Mançester Yunayted”), Nikolas Talyafiko (“Ayaks”), Markos Akunya (“Sportinq”);
Yarımmüdafiəçilər: Ever Baneqa (“Sevilya”), Xavyer Maskerano (“Hebey Çayna Forçun”), Eduardo Salvio (“Benfika”), Lukas Bilya (“Milan”), Anxel Di Mariya, Covanni Lo Selso (hər ikisi PSJ), Manuel Lanzini (“Vest Hem”), Maksimiliano Mesa (“İndependiente”), Kristian Pavon (“Boka Xuniors”);
Hücumçular: Lionel Messi (“Barselona”), Serxio Aquero (“Mançester Siti”), Qonsalo İquain, Paulo Dibala (hər ikisi “Yuventus”).
Qeyd edək ki, Argentina yığması DÇ-2018-də İslandiya, Nigeriya və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.