DÇ-2018-in seçmə mərhələsində Kosovo ilə qarşılaşacaq Türkiyə millisində növbəti oyunçu heyətdən çıxarılıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi Ömər Toprak komandadan ayrılıb.
“Bayer”in üzvü zədə səbəbindən heyətdən uzaqlaşdırılıb. Qasıq nahiyəsinən xəsarət alan 27 yaşlı oyunçununu son müayinələrindən sonra millidə çıxış edə bilməyəcəyi məlum olub.
Qeyd edək ki, daha əvvəl “Trabzonspor”un qapıçısı Onur Kıvrak da analoji səbəbdən millidən uzaq düşmüşdü.