Daha 2 boksçumuz mərhələ adladı
04 iyun 2013 10:34 (UTC +04:00)

Daha 2 boksçumuz mərhələ adladı

Belarusun paytaxtı Minskdə keçirilən Avropa çempionatında daha 2 boksçumuz növbəti mərhələyə yüksəlib. Lent.az-ın məlumatına görə, ötən gün 3 təmsilçimiz rinqə çıxıb.

 

2011-ci ilin gənclər arasında Avropa çempionu Rauf Rəhimov (81 kq) hollandiyalı Petr Mullenberlə döyüşdən məğlub ayrılıb. Hər 3 hakim rəqib idmançının qələbəsini qeydə alıb – 29:27, 29:27, 29:26.

Digər həmyerlimiz Heybətulla Hacəliyev (64 kq) boks həvəskarlarını qələbə ilə sevindirib. Milli komandamızın üzvü ukraynalı Vyaçeslav Kislitsinlə qarşılaşmada favorit sayılmasa da, qalib gəlib. Döyüşün nəticəsi ilə bağlı hər 3 hakimin rəyi eyni olub – 30:27, 29:28, 29:28. Boksçumuz 1/4 finalda moldovalı Dmitri Qalaqotla qarşılaşacaq.

Günün sonunda rinqə çıxan Elvin Məmşzadə də (52 kq) növbəti mərhələyə yüksəlib. Həmyerlimiz İspaniya təmsilçisi Xose de la Nievadan güclü olub – 30:27, 29:28, 29:28. Məmişzadə 1/4 finalda macarıstanlı Norbert Kaluzska ilə üz-üzə gələcək.

 

# 377
avatar

Oxşar yazılar