Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan milli komandasının 3 üzvü çıxış edib.
Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində yer alan Orxan Səfərovla İlqar Müşkiyev yarımfinaladək irəliməyi bacarıblar. Səfərov ardıcıl olaraq, belaruslu Vae Tutxalyan, israilli Artyom Arşanski, böyük britaniyalı Eşli Makkenzini, Müşkiyev isə türkiyəli Ahmet Şahin Kaba, çexiyalı David Pulkrabek və rusiyalı Arsen Qalstyanı yenib. Lakin finala gedən yolda Səfərovun qarşısını rusiyalı Beslan Mudranov, Müşkiyevin önünü gürcüstanlı Amiran Papinaşvili kəsib. Bürünc medal uğrunda son təsəlli görüşündə isə Müşkiyev Makkenzini yenərək bürünc medal qazanıb. Səfərov isə ermənistanlı Hovannes Davtyana uduzaraq, 5-ci yerlə kifayətlənib.
66 kq çəkidə yer alan Nicat Şıxəlizadəyə ¼ finala vəsiqə qazanmaq üçün belaruslu Vadim Şokanı yenməsi kifayət edib. Lakin o, növbəti görüşlərində ispaniyalı Suqoy Uriarte Markosa və ukraynalı Georgi Zantarayaya uduzaraq, 7-ci yeri tutub.
Nəhayət, qadın cüdoçumuz Kifayət Qasımova 57 kq çəkidə ilk görüşdəcə bolqarıstanlı İvelina İliyevaya yenilərək, mübarizəni dayandırıb.
Aprelin 25-də daha 2 cüdoçumuz – Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (81 kq) mübarizəyə qoşulacaq.

Cüdoçumuz Avropa çempionatında medal qazandı
Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39