FHN əməkdaşları cüdo üzrə Bakı çempionatında iştirak ediblər
14 noyabr 2016 14:37 (UTC +04:00)

FHN əməkdaşları cüdo üzrə Bakı çempionatında iştirak ediblər

0

12-13 noyabr tarixlərində Sərhədçi Olimpiya Mərkəzində cüdo üzrə kişilər və qadınlar arasında Bakı çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, çempionatda 34 komanda və bu komandalardan 214 idmançı birincilik uğrunda mübarizə aparıb.  

 

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunu təmsil edən Orxan Əsgərzadə 73 kq çəki dərəcəsində 2-ci yerə, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Zaur Tağıyev isə 100 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

 

Hər iki iştirakçının məşqçisi Taleh Sadıqov  və Rasim Babayevdir. Yarışın baş hakimi isə Mamed Xudiyevdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 469

Oxşar yazılar