Apasport.az saytının xəbərinə görə, bu sözlər “Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayevə məxsusdu.
Ölkə kubokunun “İnter”lə ilk yarımfinal matçının fasiləsi zamanı jurnalistlərin suallarını cavablandıran Abdullayev telekanallardan narazı qaldığını bildirib. Onun sözlərinə görə, televiziyalar idmanı, futbolu təbliğ eləməlidirlər: “Səhərdən axşama musiqi çalınır, oynayırlar, yoğun arvadlar bişirib-yeyirlər. Bir dəfə də telekanallarda normal kitabın təbliğatını görməmişəm. Ancaq şou-biznesi, restoranları reklam edirlər. Olsun. Amma normal şeyləri də təbliğ eləsinlər. Heç olmasa, idmanı, futbolu reklam eləsinlər. Baş nazirin müavini mənə zəng edib deyir ki, necə olur, televiziyada "Neftçi"ni görə bilmirəm? Bilmədim ona nə deyim. Bu vəziyyəti dəyişməliyik”.