Çinin Şanxay əyalətinin Tuntszi Universitetində İngiltərənin məşhur futbolçusu Devid Bekhemin qarşılanma mərasimindəki basırıqda 7 nəfər həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şahidlər bildirib ki, Bekhemin görüşünə təxminən minə yaxın tərəfdarı gəlibmiş.
Mənbənin sözlərinə əsasən, o, Çin yeddi günlük səfəri çərçivəsində Tuntszi Universitetinin futbol komandasının oyunçuları ilə görüşüb.
Tərəfdarları polis cərgəsini pozublar. Polis, tələbə və universitetin gözətçiləri xəsarət alıb.
GÖrüşün nəticəsində Bekhemin yerli futbolçularla görüşü baş tutmayıb.
Polis olayı araşdıracağını boyun olub.