Çimərlik Futbolu üzrə superliqa yarışı keçirilib
30 iyul 2014 15:06 (UTC +04:00)

Çimərlik Futbolu üzrə superliqa yarışı keçirilib

0

 

Azərbaycan Çimərlik Futbolu üzrə superliqa yarışı keçirilib. Lent.az-ın məlumatına görə, 9 müxtəlif komandanın qatıldığı oyunda ilk 4-lük müəyyən olunub və həmin komandalar finala vəsiqə qazanıb.  Finalda həmin 4 komanda bir-biri ilə bir dəfə oyun nümayiş etdirib. Yekunda ən çox xal yığan “Fənərbaxça” komandası Azərbaycan super liqasının qalibi adına layiq görülüb. Eyni zamanda Azərbaycanı avroliqa oyununda təmsil etməyə haqq qazanıb. İkinci yerə isə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubu layiq görülüb. 3-cü yerin sahibi TT Standart Bank olub.

Oyunun baş hakimi  AFFA-nın nümayəndəsi Əfqan Həmzəyev olub.

Oyunlar AFFA, ACFF və SFF-nin birbaşa təşkilatçılığı ilə keçirilib. Qalib gələn iştirakçılara kubok, medal, fəxri fərmanlar təqdim edilib. İlk 3-lüyə isə 3000, 2000 və 1000 manat dəyərində pul mükafatı verilib. Eyni zamanda hər 3 yerin qalibi Respublika kubokunun final mərhələsində birbaşa iştirak üçün vəsiqə qazanıb. Eyni zamanda nominasiyalar da müəyyən olunub.

Sonda baş hakim Əfqan Həmzəyev Fövqəladə Hallar Nazirliyinin komandasının qısa zamanda komanda yaradaraq yüksək səviyyədə oyun nümayiş etdirdiyi üçün komanda rəhbərliyinə minnətdarlığını bildirib. FHN-nin İdman Sağlamlıq Klubunun komanda nümayəndəsi Orxan Mansurov 2-ci yeri qənaətbəxş hesab etsə də, əsas amallarının 1-cilik olduğunu gizlətməyib: “Komandamız həqiqətən də əzm nümayiş etdirdi. 2-ci yeri də qələbə hesab etmək olar. Uğurlarımız davamlı olacaq”.

FHN-nin İdman Sağlamlıq Klubunun rəisi Füzuli Musayev komanda iştirakçıları ilə görüş keçirərək, uğurlarına görə hər birini təbrik edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 696

Oxşar yazılar