UEFA Çempionlar Liqasının 1/4 finalının bu həftə keçirilən cavab oyunlarında meydana çıxan futbolçulardan ibarət rəmzi komanda açıqlanıb. Apasport.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.
Rəmzi yığmaya “Barselona”nı mübarizədən kənarlaşdıran “Atletiko”dan 4 futbolçunun düşməsi diqqət çəkib. Onların həmşəhərliləri “Real” və “Mançester Siti” isə 3 oyunçu ilə təmsil olunub.
Digər yarımfinalçı “Bavariya”nın isə cəmi bir üzvü ən yaxşılar arasında yer ala bilib.
Qapıçı: Co Hart ("Mançester Siti")
Müdafiəçilər: Dani Karvaxal ("Real" Madrid), Nikolas Otamendi ("Mançester Siti"), Dieqo Qodin, Felipe Luis (hər ikisi "Atletiko" Madrid)
Yarımmüdafiəçilər: Kevin de Bruyne ("Mançester Siti"), Kasemiro ("Real"), Arturo Vidal ("Bavariya"), Saul Niqes ("Atletiko")
Hücumçular: Kriştiano Ronaldo ("Real"), Antoni Qrizmann ("Atletiko")