Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub
07 avqust 2014 11:25 (UTC +04:00)

Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub

UEFA Çempionlar Liqasının 2014-2015-ci il mövsümünün pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin 15 qalibi yarışa birbaşa pley-offdan başlayacaq 5 kluba qoşulub.

 

Avqustun 8-də keçiriləcək püşkatma ərəfəsində 20 komanda öz UEFA reytinqinə görə səbətlərə bölünüb. Həm çempionlar, həm də öz ölkəsində daha aşağı yerləri tutanların reytinqinə əsasən potensial rəqiblərini bilib.

 

Çempionlar

 

Yüksək reytinqlilər:

“Zalsburq” (Avstriya), “Styaua” (Rumıniya), BATE (Belarus), APOEL (Kipr), “Ludoqorets” (Bolqarıstan)

 

Aşağı reytinqlilər:

“Maribor” (Slovaniya), “Legiya” (Polşa), “Slovan” (Slovakiya), “Malmö” (İsveç), “Olborq” (Danimarka)

 

Qeyri-çempionlar

 

Yüksək reytinqlilər:

“Arsenal” (İngiltərə)*, “Porto” (Portuqaliya)*, “Zenit” (Rusiya), “Bayer” (Almaniya)*, “Napoli” (İtaliya)*

 

Aşağı reytinqlilər:

“Atletik” (İspaniya)*, “Lill” (Fransa), “Kopenhagen” (Danimarka), “Standard” (Belçika), “Beşiktaş” (Türkiyə).

 

*işarəsi ilə mübarizəyə birbaşa pley-offdan başlayanlar göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1463
avatar

Oxşar yazılar