Çempionlar Liqasının final oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 24-də İspaniya təmsilçiləri “Real” və “Atletiko” arasında keçiriləcək qarşılaşmanı hollandiyalı Byorn Kuypers idarə edəcək.
Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək görüşdə FİFA referisinə həmyerliləri, yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra kömək edəcək.
UEFA qarşılaşmanın 4-cü hakimi kimi türkiyəli Cüneyt Çakıra təyinat göndərib. Əlavə hakim köməkçiləri də Hollandiyadan olacaq. Bunlar Pol van Bukel və Riçard Lizveltdir. Onların daha bir həmyerlisi Ancelo Boonman isə Madrid derbisində ehtiyat hakim olacaq.