Çempionlar Liqasının favoriti açıqlandı
10 aprel 2014 21:22 (UTC +04:00)

Çempionlar Liqasının favoriti açıqlandı

Britaniyalı bukmekerlər Çempionlar Liqasının favoritini açıqlayıblar. Apasport.az saytının məlumatına görə, turnirin fəaliyyətdə olan qalibi “Bavariya” klubu bu mövsüm də qələbəyə ən real namizəddir.

 

İkinci favorit kimi “Real Madrid” göstərilir. “Atletiko Madrid” və “Çelsi”nin şansı isə bərabər dəyərləndirilir.

 

Qeyd edək ki, “Bavariya” və “Real” cəmi bir il öncə yarımfinalda oynayıblar. “Çelsi” 2 il öncə Avropanın əsas turnirinin qalibi olub. “Atletiko” isə tarixində heç bir zaman yarımfinal mərhələsini keçə bilməyib.

 

Əgər turnirin qalibi adını “Real” və ya “Atletiko” qazansa, bu halda İspaniya Çempionlar Liqasının ən uğurlu ölkəsi mövqeyini gücləndirəcək. İspaniya təmsilçiləri əsas turnirdə indiyə kimi 13 dəfə qalib gəliblər. İtaliya və İngiltərə klublarının hesabında hərəyə 12 qələbə var. “Bavariya” qalib gəlsə, o zaman bu, Almaniya klublarının 8-ci qələbəsi olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265
avatar

Oxşar yazılar