Lent.az-ın "qol.az"-a istinadən məlumatına görə, ilk oyun gününə 8 qarşılaşma nəzərdə tutulub.
Turun ilk oyunu Moskvada keçiriləcək. Burada yerli CSKA (Moskva) klubu qrupun lideri "Bavariya"nı qəbul edəcək. E qrupunun digər oyununda "Mançester Siti" evdə "Roma"nı sınağı çəkəcək.
F qrupunda "Ayaks" səfərdə APOEL-in, "Barselona" isə PSJ-nin qonağı olacaq.
G qrupunda "Şalke" - "Maribor" və "Sportinq" - "Çelsi" oyunları keçiriləcək.
H qrupunda BATE öz meydanında "Atletik" (Bilbao), "Şaxtyor" (Donetsk) klubu isə "Portu"nu qəbul edəcək.
Qeyd edək ki, qrup mərhələsində II tura sabah keçiriləcək 8 qarşılaşma ilə yekun vurulacaq.
30 sentyabr
E qrupu
21:00. CSKA (Moskva, Rusiya) - "Bavariya" (Almaniya)
23:45. "Mançester Siti" (İngiltərə) - "Roma" (İtaliya)
F qrupu
23:45. APOEL (Kipr) - "Ayaks" (Hollandiya)
23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya)
G qrupu
23:45. "Şalke" (Almaniya) - "Maribor" (Sloveniya)
23:45. "Sportinq" (Portuqaliya) - "Çelsi" (İngiltərə)
H qrupu
23:45. BATE (Belarus) - "Atletik" (Bilbao, İspaniya)
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Portu" (Portuqaliya)