Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi
16 mart 2018 20:02 (UTC +04:00)

Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində son həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında aparılan sorğunun qalibi "Barselona"nın lideri Lionel Messi olub.

 

Argentinalı futbolçu respondentlərin 79 faiz səsini toplayıb ki, bu da onu əlçatmaz edib. Messini 11% səslə "Sevilya"nın hücumçusu Vissam Ben-Yedder izləyib. Həmçinin Tomas Müller ("Bavariya") 6, Edin Dzeko ("Roma") isə 3% səs toplayıb.

 

Qeyd edək ki, "Çelsi" ilə cavab qarşılaşmasında 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalana Lionel Messi 3:0 hesablı qələbənin memarı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar