Caspian Cup: Yığmamız finalda uduzdu
05 iyun 2013 23:55 (UTC +04:00)

Caspian Cup: Yığmamız finalda uduzdu

İyunun 5-də III «Caspian Cup» beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən yarışın final mərhələsində 2 oyun keçirilib.


Əvvəlcə 3-cü yer uğrunda görüş olub. Burada yarımfinal mərhələsində millimizə məğlub olan Gürcüstanla Yaponiya qarşılaşıb. Oyunun əsas vaxtında hesab açılmayıb. 11 metrlik seriyasında isə Asiya təmsilçiləri 5:3 hesabı ilə qalib gələrək, yarışın bürünc mükafatına sahib olublar.

Həlledici oyunda isə yığmamızla Türkiyə üz-üzə gəlib. Burada qapılara 5 qol vurulub. Nikolay Adamın yetirmələri qardaş ölkənin milli komandasına 4:1 hesabı ilə uduzaraq, III «Caspian Cup» beynəlxalq turnirini ikinciliklə başa vurublar.



3-cü yer uğrunda oyun
Gürcüstan – Yaponiya - 0:0 (pen. 5:3)

Final
Azərbaycan - Türkiyə - 1:4 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Oxşar yazılar

Qadın şahmatçılarımızdan QƏLƏBƏ

Qadın şahmatçılarımızdan QƏLƏBƏ

17 sentyabr 2024 , 01:58
Azarkeş stadiona terrorçu geyimində  gəldi

Azarkeş stadiona terrorçu geyimində gəldi

16 sentyabr 2024 , 18:26
Anası Lamin Yamala nəyi qadağan edib?

Anası Lamin Yamala nəyi qadağan edib?

16 sentyabr 2024 , 16:16
"Bavariya"da Saşa Boe  şoku

"Bavariya"da Saşa Boe şoku

16 sentyabr 2024 , 13:55
İstanbulda  tarixi HADİSƏ:  İplə Asiyadan Avropaya  keçdi

İstanbulda tarixi HADİSƏ: İplə Asiyadan Avropaya keçdi

16 sentyabr 2024 , 00:09
“Neftçi” “Zirə”yə də UDUZDU

“Neftçi” “Zirə”yə də UDUZDU

15 sentyabr 2024 , 20:26
Formula 1 həyəcanı başa çatdı -FOTOLENT

Formula 1 həyəcanı başa çatdı -FOTOLENT

15 sentyabr 2024 , 18:52
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar

15 sentyabr 2024 , 17:09