Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti seçilib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Parisdə keçirilən konqresdə FIFA-ya üzv olan 211 federasiyanın nümayəndələri C.İnfantinonun namizədliyini dəstəkləyiblər.
Bununla da 49 yaşlı C.İnfantinonun səlahiyyət müddəti 2023-cü ilədək uzadılıb.
Seçkidə C.İnfantino yeganə namizəd kimi iştirak edib.