UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”-ın rəqibi olan Fransanın “Sent-Etyen” klubu bu gün Bakıya gəlir. Lent.az-ın məlumatına görə, komandanın baş məşqçisi Kristof Qaltyenin 19 futbolçunu Azərbaycana gətirəcəyi gözlənilir. Fransız klubu əsas oyunçularından olan zədəli Loyik Parreni Bakıya gətirməyəcək. Komandanın kapitanı zədə səbəbindən Ağdam klubuna qarşı oynamayacaq.
“Sent-Etyen”in Bakıya gətirəcəyi heyət təxminən belədir:
Qapıçılar: 1. Baptist Valette; 16. Stefan Ruffiyer; 30. Cessi Moulin
Müdafiəçilər: 19. Florentin Poqba; 20. Conatan Brison; 23. Paul Baysse; 26. Mustafa Bayal Sall; 29. François Klerk; Jerrold Nyemek
Yarımmüdafiəçilər: 6. Ceremi Klement; 8. Benjamin Korqnet; 10. Renaud Kohade; 18. Fabian Lemoin; 28. İsmayıl Diamonte
Hücumçular: 7. Maks-Alain Qradel; 9. Mövlud Erdinq; 11. Yohan Mollo; 12. Allan Sent-Maksimin; 22. Kevin Monnet-Paquet
Qeyd edək ki, “Qarabağ”- “Sent-Etyen” görüşü sentyabr 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək. Matç saat 21:00-da başlayacaq.